18 may 2026 - 15:23
Source: IRNA
İranlı ağır atlet Asiya çempionatında təkanla qaldırmada dünya rekordunu yenilədi \ Video

2026-cı il ağır atletika üzrə Asiya çempionatı iranlı idmançı Əlirza Yusifinin təkanla qaldırma növündə qızıl medal qazanıb və ümumi superağır çəkidə Asiya çempionunun gümüş medalına sahib olması ilə başa çatıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistanın Qandi Naqar şəhərində keçirilən 2026-cı il ağır atletika üzrə Asiya çempionatı superağır çəki dərəcəsi üzrə yarışlarla yekunlaşıb.

Bu çəkidə Yeniyetmələrin Olimpiya Oyunlarının qızıl medalçısı, gənclər və yeniyetmələr arasında dünya çempionu Əlirza Yusifi İran millisinin heyətində çıxış edib. O, təkanla qaldırma hərəkətində qızıl medal qazanmaqla yanaşı, superağır çəkidə dünya rekordunu da yeniləyib.

Yusifi Asiya çempionatında rekord qırdıqdan sonra Minab şəhərindəki Şəcəreye Təyyibə məktəbinin şəhidlərinin xatirəsinə həsr olunmuş köynəyi nümayiş etdirərək, amerikalıların müharibə cinayəti ilə bağlı mesajı idman mediası vasitəsilə dünya ictimaiyyətinə çatdırıb.

İranın superağır çəkidəki təmsilçisi ümumi toplam 446 kiloqram nəticə ilə gümüş medal əldə edib.

Sizin rəyiniz

You are replying to: .
captcha