14 may 2026 - 18:39
Source: IRNA
Papanın ən yüksək diplomatik nişanı İranın Vatikandakı səfirinə təqdim edilib

Bu nişanın İran səfirinə təqdim olunması, Papa XIV Leonun son dövrlərdə ABŞ və sionist rejimin İrana qarşı təcavüzlərini pisləyən haqqyönlü mövqeləri fonunda baş verir və İran İslam Respublikasının Vatikandakı səfirliyinin sülh, ədalət və müharibə siyasətinə qarşı mesajların izahı istiqamətindəki səyləri ilə əlaqəsiz deyil.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Papa XIV Leo Vatikanın ən yüksək fəxri diplomatik nişanı olan “Ordine Piano” ordenini İran İslam Respublikasının Müqəddəs Taxt-Tacdakı səfiri doktor Məhəmməd Hüseyn Muxtariyə təqdim edib.

“Ordine Piano” papalıq ordeni 1847-ci ildə Papa IX Pius tərəfindən təsis edilmiş Müqəddəs Taxt-Tacın fəxri nişanıdır. Bu orden Vatikanın ən yüksək cəngavərlik nişanlarından hesab olunur və adətən diplomatik əlaqələrin gücləndirilməsi, sülh və dialoqa xidmət sahəsində rol oynamış səfirlərə və görkəmli şəxslərə təqdim edilir.

Bu nişanın İran səfirinə təqdim olunması, Papa XIV Leonun son dövrlərdə ABŞ və sionist rejimin İrana qarşı təcavüzlərini pisləyən haqqyönlü mövqeləri fonunda baş verir və İran İslam Respublikasının Vatikandakı səfirliyinin sülh, ədalət və müharibə siyasətinə qarşı mesajların izahı istiqamətindəki səyləri ilə əlaqəsiz deyil.

Sizin rəyiniz

You are replying to: .
captcha