Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerika beyin mərkəzlərindən birinin istinad etdiyi hesabata görə, ABŞ ordusu, İranla müharibə zamanı əhəmiyyətli itkilərə məruz qalıb.
Belə ki, hava və radar sistemlərinə aid təxminən 2,3–2,8 milyard dollar dəyərində texnika darmadağın edilib. Bu itkilər arasında Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasında 700 milyon dollar dəyərində radar kəşfiyyat təyyarəsi və THAAD sisteminin qabaqcıl radarları da yer alır.
Hesabatda həmçinin İranın raket və PUA hücumlarının, eləcə də bəzi hallarda “dost atəşi”nin ABŞ-ın texniki itkilərinin artmasına təsir etdiyi vurğulanır. Bu isə Vaşinqtonun hərbi uğurlarla bağlı rəsmi təqdimatını ciddi suallar altına alır.

Sizin rəyiniz