Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı sionist rejimin Livanlı qeyrətli gənclərin təşəbbüsü və müqaviməti qarşısında aciz qaldığını bildirərək vurğulayıb: Müqavimət cəbhələri əvvəlki dövrlərlə müqayisədə daha güclü və daha mütəşəkkil şəkildə qəhrəman Hizbullahın yanında dayanır.
İRNA-nın SEPAH-ın informasiya portalına istinadən verdiyi məlumata görə, general İsmayıl Qaani mesajında bildirib: Livan Hizbullahının qəhrəman müqaviməti sübut etdi ki, sionist uşaq qatili rejiminin müqavimətin sona çatdırılması və Hizbullahın məhv edilməsi ilə bağlı irəli sürdüyü iddialar həqiqətdən uzaqdır.
Mesajda qeyd olunub: sionist rejim böyük xərclər çəkməsinə, geniş insan və silah imkanlarından istifadə etməsinə, həmçinin ABŞ vergiödəyicilərinin vəsaitlərini israf etməsinə baxmayaraq, Livanlı qeyrətli gənclərin təşəbbüsü və müqaviməti qarşısında əvvəlkindən daha aciz və çıxılmaz vəziyyətdədir.
General Qaani əlavə edib: Bu təcavüzkar rejim ötən illər ərzində heç bir müharibəni uğurla başa çatdırmayıb və hərbi məqsədlərinə nail olmaqda böyük uğursuzluqla üzləşərək rüsvay olub.
Qüds Qüvvələrinin komandanı vurğulayıb: Müqavimət cəbhələri əvvəlkindən daha güclü və daha mütəşəkkil şəkildə qəhrəman Hizbullahın yanında dayanır və zərurət yaranacağı təqdirdə Livan və Fələstin məzlum xalqlarını dəstəkləmək üçün hərəkətə keçərək cinayətkar sionistləri öz əməllərinə görə peşman edəcəklər.
Sizin rəyiniz