Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra mediaya verdiyi müsahibəsində vurğulayıb: ABŞ-nin İrana qarşı son hərbi təcavüzü heç bir nəticə verməyib və Vaşinqton qarşıya qoyduğu hədəflərin heç birinə çata bilməyib.
Ölkəmizin xarici işlər naziri cənab Seyyid Abbas Əraqçi ilk öncə qeyd edib: “Cənab Putinlə çox yaxşı görüşümüz oldu. Bəlkə də bir saat yarımdan çox davam etdi. Bütün mövzular – həm ikitərəfli münasibətlərdə, həm regional məsələlərdə, həmçinin müharibə və ABŞ rejimi ilə sionist rejimin təcavüzü məsələsində ətraflı şəkildə müzakirə və araşdırıldı. Həmçinin iki ölkə arasında əməkdaşlıqlar diqqətə alındı və çox yaxşı ideyalar irəli sürüldü.
Hazırda əməkdaşlıq üçün çox yaxşı zəminlər mövcuddur. Cənab Putin də bildirdi ki, təkcə Rusiya deyil, indi bütün dünya İran xalqını ABŞ qarşısında göstərdikləri dirənişə və bu qeyri-bərabər və ədalətsiz müharibədə qazandıqları qələbəyə görə təqdir edir. Biz bu müharibə boyunca Rus dostlarımızın dəstəyinə görə təşəkkür edirik və İran İslam Respublikasının yeni şəraitdə Rusiya ilə strateji münasibətləri və strateji tərəfdaşlığı davam etdirmək iradəsini bəyan edirik.
Sizin rəyiniz