Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Federasiyasının hörmətli prezidenti Vladimir Putin İran İslam Respublikasının Xarici İşlər Naziri və onu müşaiyət edən heyəti qəbul edərkən bildirib: İran xalqı öz suverenliyi uğrunda cəsarətlə və qəhrəmancasına mübarizə aparır. Rusiya ümid edir ki, İran xalqı bu çətin mərhələni geridə qoyacaq və sülh bərqərar olacaq.
Rusiya Qərbi Asiyada mümkün olan ən qısa müddətdə sülhün təmin edilməsi üçün bütün səylərini səfərbər edəcək.
Seyid Abbas Əraqçi Rusiya Federasiyasının Prezidentinin buyurduqlarına əlavə olaraq bildirib: Moskva ilə Tehran arasında münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır və bundan sonra da gücləndiriləcək.
Cənab Əraqçi Putin cənabları ilə görüşünün əvvəlində bildiriblər: “Ali Rəhbərin və prezident doktor Məsud Pezeşkianın sizə səmimi salamlarını çatdırıram.”
Putin cənabları bildiriblər: “Ötən həftə Ali Rəhbərin (Ayətullah Seyid Müctəba Xamenei) məktubunu aldım.
Sizdən xahiş edirəm ki, Ayətullah Xameneinin mesajına görə mənim ən səmimi təşəkkürümü çatdırasınız və təsdiq edəsiniz ki, Rusiya, İran kimi, strateji münasibətlərini davam etdirmək niyyətindədir.
Ona sağlamlıq və uğurlar arzulayıram.
Biz çox ümid edirik ki, yeni rəhbərin rəhbərliyi altında İran xalqı cəsarətinə və müstəqilliyini qorumaq iradəsinə arxalanaraq bu çətin mərhələni geridə qoyacaq və sülhə nail olacaq.
Bizim tərəfdən, sizin və region xalqlarının maraqlarına uyğun olan hər şeyi bu sülhə ən qısa zamanda nail olmaq üçün edəcəyik.”
Sizin rəyiniz