Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Şiələrinin Hizbullah Müqavimət Hərakatının Baş Katibi düşmənin çıxılmaz vəziyyətə düşdüyünü vurğulayaraq bildirib ki, hökumət sionist rejimlə birbaşa danışıqlar aparmamalıdır.
Cənab Şeyx Nəim Qasim bəyanatında qeyd edib ki, düşmən dalana dirənib, müqavimət isə güclü və davamlıdır, onun məğlub edilməsi isə mümkün deyil.
Livan Şiələrinin Hizbullah Müqavimət Hərakatının Baş Katibi daha sonra deyib: “Birbaşa danışıqları qəti şəkildə rədd edirik və İqtidar sahibləri (Livanda) bilməlidirlər ki, onların fəaliyyəti nə Livanın, nə də özlərinin xeyrinə olacaq. Hakimiyyət Livanın hüquqları və bu ölkənin ərazi bütövlüyü ilə bağlı güzəştə gedərək öz yolunu davam etdirə bilməz. Buna görə də İqtidar xalqa tərəf qayıdaraq xalqın hökumətinə çevrilməlidir.”
O, vurğulayıb: “Hökumətin məsuliyyətlərindən biri düşmən İsrail ilə birbaşa danışıqları dayandırmalı və üçüncü tərəflərin vasitəsi ilə aparılan danışıqlara qayıtmalıdır.”
Şeyx Nəim Qasim cənabları son olaraq vurğulayıb ki, müqavimətin silahı təcavüzlərə qarşı mübarizə və öz mövcudluğunu qorumaq üçündür və Hizbullah silahdan, eləcə də özünümüdafiə hüququndan geri çəkilməyəcəklər.
Sizin rəyiniz