Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respubliiasının Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Urmiya gölünün sahəsinin son 6 ay ilə müqayisədə təxminən 5 dəfə artdığını bildirərək qeyd edib: Hazırda gölün su sahəsi 2 min 350 kvadrat kilometrə çatıb.
Məcid Rəstqari cümə axşamı İRNA müxbirinə müsahibəsində cari su ilində Urmiya gölünün vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına toxunaraq əlavə edib: "Son aylarda yağan bol yağıntılarla yanaşı, su bəndlərinin vaxtında açılması, əkin modelinin islah edilməsi və çay yataqlarının təmizlənməsi kimi Bərpa Qərargahının gündəmində olan tədbirlər nəticəsində İranın bu firuzəyi incisinin sahəsi 1870 kvadrat kilometrdən çox artıb."
O, həmçinin göldəki suyun həcminin 2 milyard 890 milyon kubmetrə çatdığını bildirərək vurğulayıb: Gölün su səviyyəsi hazırda 1270 metr 74 santimetrə yüksəlib.
Sizin rəyiniz