Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Puerto-rikolu təcrübəli jurnalist, vaxtilə Donald Trampla yaxın münasibətləri ilə tanınan Geraldo Rivera bildirib: “İranlılar ABŞ prezidentinin davranış modelini artıq düzgün anlayırlar.”
Onun sözlərinə görə, iranlılar belə qənaətə gəliblər ki, Tramp adətən geri çəkilir.
O, CNN telekanalında yayımlanan bir xəbər proqramında Donald Trampın İrana qarşı təhdid və ritorikasını şərh edərkən deyib:
“İranlılar ABŞ prezidentinin fəaliyyət üslubu ilə daha yaxından tanış olduqca anlayıblar ki, o, daha çox danışır, nəinki əməli addımlar atır.”
Sizin rəyiniz