7 aprel 2026 - 13:50
Yəmən, İİR və Livan Müqavimət Qüvvələri qanunsuz İsrail rejimin cənubunda sionistlərin hərbi və infrastrukturlarını darmadağın etdi

Yəmən, İİR və Livan Müqavimət Qüvvələri qanunsuz İsrail rejimin cənubunda sionistlərin hərbi və infrastrukturlarını darmadağın etdi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Silahlı Qüvvələri, İran və Livan Müqavimət Qüvvələrinin iştirakı ilə, qanunsuz faşist İsrail rejimin cənubunda, Umm ər-Rəşraş (Eylat) bölgəsində qabaqcadan təyin etdikləri hədəflərə qarşı birgə əməliyyat həyata keçirdiklərini açıqlayıb.

Bu barədə Yəmənin Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bəyanat yayaraq bildirib ki, Ənsar Allah Silahlı Qüvvələri müqavimət oxuna dəstək çərçivəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah, İran İslam Respublikasının Silahlı Qüvvələri və Livandakı İslam müqaviməti ilə koordinasiyalı şəkildə birgə hərbi əməliyyat icra ediblər.

Bu əməliyyat bir sıra qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilib və işğal olunmuş Fələstinin cənubundakı yəhudilərin Umm ər-Rəşraş bölgəsində sionist rejimə məxsus həyati və hərbi hədəflər vurulub.

Sizin rəyiniz

You are replying to: .
captcha