7 aprel 2026 - 11:30
Source: IRNA
Əraqçi Lavrovla telefon danışığında: ABŞ-ın İranın obyektlərinə hücumla bağlı ritorikası müharibə cinayətinə açıq etirafdır

Əraqçi Lavrovla telefon danışığında: ABŞ-ın İranın obyektlərinə hücumla bağlı ritorikası müharibə cinayətinə açıq etirafdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranİslam Respublikasın ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirləri arasında telefon danışığı olub.

İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd olunan telefon danışığında ABŞ və sionist rejimin İrana qarşı apardığı müharibə ilə bağlı son regional və beynəlxalq məsələləri müzakirə ediblər.

İİR Xarici İşlər Naziri son 37 gün ərzində ABŞ və sionist rejimin İran xalqına qarşı törətdiyi cinayətləri – o cümlədən sənaye-istehsal infrastrukturu, xəstəxanalar, məktəblər, yaşayış məntəqələri, həmçinin nüvə obyektləri və mərkəzlərinə hücumları – izah edərək, bu cinayətlərin məhkum edilməsi və təcavüzkarların məsuliyyətə cəlb olunmaları üçün beynəlxalq qurumların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təcili addımlar atılmasının vacibliyini vurğulayıb.

Nazir həmçinin ABŞ-ın İranın enerji obyektlərinə hücumla bağlı təhdidlərinə toxunaraq, bu cür ritorikanı müharibə cinayətinin törədilməsinə açıq etiraf kimi qiymətləndirib.

Sizin rəyiniz

You are replying to: .
captcha