Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Xatəmül-ənbiya (s) Mərkəzi Qərargahının sözçüsü, İslam İnqilabı Keşikçiləri Korpusunun polkovnik-leytenantı İbrahim Zülfəqari bildirib:
Əvvəlki xəbərdarlığın davamı olaraq, bir daha çarəsiz və tənəzzülə uğrayan sionist rejimi xəbərdar edirik ki, İran İslam Respublikasının səfirliklərinə və diplomatik mərkəzlərinə qarşı hər hansı bir təcavüz və hücum olunarsa, rejimin bölgədəki bütün naməlum və saxta səfirlikləri İslam İranının güclü silahlı qüvvələrinin qanuni hədəfi olacaq və vurulacaq.
O vurğulayıb: Unutmayın ki, dediklərimizi tez və qətiyyətlə həyata keçirəcəyik.
Sizin rəyiniz