Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Rusiya Əl-Youm"un məlumatına görə, İsrail Hərbi Nazirliyi Fransadan hərbi alış-verişini dayandırdığını açıqlayıb. Fransa hərbi şirkətləri ilə imzalanan müqavilələr də dayandırılacaq.
İsrail rejimi bu tədbirin hərbi texnika sahəsində xarici ölkələrdən asılılığı azaltmaq məqsədi daşıdığını iddia etsə də, lakin görünən odur ki, Fransa ilə Təl-Əviv arasında gərginlik daha da artıb.
Xatırladaq ki, bu yaxınlarda Paris İsrail şirkətlərinin Fransa silah sərgilərində iştirakının qarşısını almışdı.
Sizin rəyiniz