Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Xəbər Agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli bir rəsmisi ölkənin ABC şəbəkəsinə verdiyi müsahibədə vurğuladı: “Heç kim İranın ABŞ və Təl-Əviv hücumuna cavabının bu qədər geniş olacağını proqnozlaşdıra və ya təsəvvür edə bilməzdi.”
O əlavə etdi: “ABŞ əvvəllər heç vaxt İranın bu miqyasda cavab reaksiyaları ilə qarşılaşmayıb ki, bu da İranın qüdrətində əvvəlki mərhələlərlə müqayisədə nəzərəçarpacaq bir dəyişikliyin olduğunu göstərir.”
Xatırladaq ki, bundan əvvəl Britaniyanın "Daily Telegraph" qəzeti bir hesabatında ABŞ-ın E-3 Sentry AWACS adlı erkən xəbərdarlıq təyyarəsinin İran tərəfindən məhv edilməsinin Vaşinqtona qarşı strateji və ciddi bir zərbə hesab edildiyini etiraf etmişdi.
Sizin rəyiniz