Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliyanın "Corriere della Sera" qəzetinin məlumatına görə, ölkə ABŞ hərbi təyyarələrinin Siciliyadakı bazaya enişinə qarşı çıxıb. Təyyarələr Qərbi Asiyaya doğru gedirmiş.
Məlumata görə, ABŞ-ın bu addımı yerli İtaliya hakimiyyət orqanlarından icazə alınmadan atılıb.
Rəsmi İtaliya mənbələri isə "Əl-Cəzirə"yə verdiyi müsahibədə ABŞ-ın İrana hücumlar üçün Sigonella hərbi bazasından istifadə etməsinə də icazə verməyəcəklərini vurğulayıblar.
İspaniya əvvəllər hava məkanının İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verməyəcəyini açıqlamışdı.
ABŞ dövlət katibi də NATO-nun İrana qarşı əməliyyatlara dəstək verməməsinə qəzəbini bildirmişdi.
Sizin rəyiniz