Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Omanlı jurnalist BBC Arabic-ə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlərdən İrana qarşı müharibəni davam etdirmək üçün 5 trilyon dollar və onu dayandırmaq üçün 2,5 trilyon dollar ödəmələrini istədiyini açıqlayıb.
Beynəlxalq məsələlər üzrə tədqiqatçı Salem Əl-Cəhuri, Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin ABŞ-ın ciddi maliyyə və hərbi təzyiqi altında olduğunu və bu rəqəmlərin məlumat sızmasından aşkarlandığını vurğulayıb.
Qeyd edək ki, Trampın bu tələbi, Hörmüz boğazının bağlanmasının BƏƏ, Qətər, Səudiyyə vəhhabi krallığı və Bəhreynə ciddi iqtisadi ziyan vurduğu və bu ölkələrin neft ixracını və turizm gəlirlərini əhəmiyyətli dərəcədə azaltdığı bir vaxta təsadüf edir.
Reuters-in verdiyi məlumata görə, regionun ən böyük dörd iqtisadiyyatından üçü, bundan öncə ABŞ iqtisadiyyatına investisiya qoymaq üçün vəd etdikləri 1,2 trilyon dollar da daxil olmaqla, digər investisiyalarını nəzərdən keçirirdi. Lakin indi isə bu ölkələr Trampın yeni bir hesabatı ilə üzləşiblər.
Sizin rəyiniz