Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "The Wall Street Journal" qəzeti bazar günü bildirib ki, Səudiyyə vəhhabi krallığı Yəmənin Ənsar Allah hərəkatının (Husilər) Qərbi Asiyada davam edən münaqişəyə girməsinin qarşısını almağa çalışır.
Qəzet öz mənbələrinə istinadən yazıb ki, Səudiyyə rəsmiləri Husilərin hərbi əməliyyatlarda iştirakının qarşısını almaq üçün diplomatik vasitələrdən istifadə etməyə çalışırlar.
Hesabatda əlavə olunur ki, ABŞ və İsrail də öz növbəsində Husiləri münaqişədə iştirak etməyə vadar edə biləcək hər hansı bir təxribatın qarşısını almağa çalışırlar.
Daha əvvəl Ədən hökumətindəki bir mənbə Novosti xəbər agentliyinə bildirib ki, Yəməndəki hakim Prezident Şurası, Səudiyyə koalisiyasına sadiqdir və əgər İrana hərbi dəstək verərsə, Şimali Yəmənə nəzarət edən Ənsar Allah hərəkatına (Husilər) qarşı genişmiqyaslı əməliyyat planlaşdırır.
Ənsar Əllah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Bəxiti öz növbəsində İranın yanında olmaq qərarının verildiyini və vəziyyətin nəzarətdə olduğunu və onların əlinin tətikdə olduğunu açıqlamışdır.
Qeyd edək ki, bir neçə gün öncə İslam İnqilabının Ali Lideri Ayətullah Seyid İmam Müctəba Xamenei son açıqlamasında ABŞ və İsrailin təcavüzünə cavab vermək çərçivəsində yeni cəbhələrin açılmasının mümkünlüyünə toxunmuşdu və Müqavimət Cəbhəsinə təşəkkür etmişdir.
Sizin rəyiniz