28 fevral 2026 - 20:03
Source: IRNA
Əraqçi: Rəhbər və Prezident sağdırlar ‌

İİR Xarici İşlər Naziri: "Fars körfəzi ölkələrindəki həmkarlarımla təmasda oldum və izah etdim ki, biz onlara hücum etmək niyyətində deyilik; əksinə, Amerikanın bölgədəki bazalarına hücumlarımız müdafiə xarakterli bir addımdır. Biz oturub sadəcə seyrçi qala bilməzdik."

‌ Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri NBC kanalına verdiyi müsahibəsində İmam Xamenei həzrətləri ilə Prezident Pezeşkiyanın sağ-salamat olduqlarını bildirib.

Cənab Seyyid Abbas Əraqçi "NBC News"a müsahibəsində İnqilab Rəhbərinin və Prezidentin tam sağlam olduqları xəbərini verərək deyib: "Rəsmilərin əksəriyyəti də yaxşıdırlar, yalnız bir və ya iki komandir şəhid olub."

O əlavə edib: "Bilmirəm Amerika hökuməti niyə danışıqlara başlamaqda israr edir, sonra isə bunun ortasında qarşı tərəfə hücum edir. Bəlkə də başqaları öz maraqları üçün Amerikanı bu münaqişəyə sürükləyiblər."

Xarici İşlər Naziri çıxışının digər hissəsində bildirib: "Fars körfəzi ölkələrindəki həmkarlarımla təmasda oldum və izah etdim ki, biz onlara hücum etmək niyyətində deyilik; əksinə, Amerikanın bölgədəki bazalarına hücumlarımız müdafiə xarakterli bir addımdır. Biz oturub sadəcə seyrçi qala bilməzdik."

Sizin rəyiniz

You are replying to: .
captcha