Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerikada çap olunan bir jurnal yazır: Vaşinqtonu İrana qarşı hərbi addımdan çəkindirən əsas amil Tehranın ABŞ-ın və bütövlükdə regionu uzunmüddətli, ağır və aşındırıcı müharibəyə sürükləmək üçün real və ciddi potensialıdır.
Nəşrin qənaətinə görə, belə bir ssenari ABŞ-nin qlobal hegemonluğunun zəifləmə prosesini gözlənilməz dərəcədə sürətləndirə bilər.
Responsible Statecraft (ABŞ-nin Quincy Institute for Responsible Statecraft beyin mərkəzinin media orqanı) İran və ABŞ arasında davam edən dolayı danışıqlara toxunaraq yazıb: Əgər mövcud danışıqlar nüvə mübahisələrinin həlli ilə nəticələnsə, bu, Vaşinqtonun hərbi seçimin “açılması istənməyən təhlükəli qara qutu” olduğunu anladığını göstərəcək.
Nəşr bildirib ki, ABŞ administrasiyasının danışıqlara yanaşması Tramp hökuməti daxilində Vaşinqtonun seçimlərinin məhdud olduğu barədə artan anlayışın əksidir.
Məqalədə iddia olunur ki, əgər ABŞ prezidenti həqiqətən ölkəsinin İran üzərində istədiyi zaman çərçivəsində, formatda və intensivlikdə hərbi qələbə qazana biləcəyinə inansaydı, belə bir müharibəni artıq başlamış olardı – necə ki, Venesuela prezidenti Nikolas Maduro ilə bağlı əməliyyatda bunu etmişdi.
Sizin rəyiniz