Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Almaniyada İran əleyhinə addımlar və bu ölkə rəsmilərinin İrana qarşı beynəlxalq hüquqa zidd və destruktiv mövqelərindən sonra Almaniyanın Tehrandakı səfiri Axel Ditmann Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-in Qərbi Avropa Baş İdarəsinin rəisi Əlirza Yusifi görüş zamanı rəsmi etirazı Almaniya tərəfinə çatdırıb.
Görüşdə İran əleyhinə fəaliyyətlərin, xüsusilə zorakı və terrorçu qruplara ev sahibliyi və dəstəyin beynəlxalq hüququn əsas prinsiplərinə və BMT Nizamnaməsinə zidd olduğu bildirilib və bunun Almaniya hökuməti üçün beynəlxalq məsuliyyət yaratdığı vurğulanıb.
Sizin rəyiniz