13 fevral 2026 - 17:03
İki Kürd Bir-biri ilə görüşdü. İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

İki Kürd Bir-biri ilə görüşdü. İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan Respublikasına hakim kəsilən sülalə rejiminin Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

Söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin Prezidenti İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.

Sülalə Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran (böyük kürdüstan kimi) məsələləri müzakirə etdilər.

Sülalə başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.

Sizin rəyiniz

You are replying to: .
captcha