28 yanvar 2026 - 18:55
Pakistanın Şiə Üləmaları İmam Xamenei ilə Əhdlərini Yenilədi və Trampın Təhdidlərini Qınadı

Pakistandakı Şiə Üləmaları Şurası, ABŞ Prezidentinin İran İslam Respublikasına və İslam İnqilabının Ali Rəhbərinə qarşı təhdid dolu açıqlamalarını pisləyərək, Həzrət Ayətullah Seyid Əli Xameneiyə dəstəyini vurğuladı və ABŞ tərəfindən İrana qarşı hər hansı bir yalnış addımın müharibə aktı hesab ediləcəyi barədə xəbərdarlıq etdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün Pakistan Şiə Üləmaları Şurası, ölkədəki tanınmış ruhanilərdən və Şiə ruhani məktəblərinin rəhbərləri, Əllamə Seyid Həsənin Abbas Qardizinin sədrliyi ilə bir bəyanat yayaraq İslam İnqilabının Ali Rəhbərinə öz sadiqliklərini bir daha təsdiqlədilər və ABŞ Prezidenti Donald Trampın İrana və İnqilab Liderinə qarşı son açıqlamalarını qətiyyətlə pislədilər.

Bəyanatda deyilir: “Donald Trampın prezidentliyi dövründə ABŞ dünya sülhü üçün ciddi bir təhdidə çevrilib və onun İran İslam Respublikasına qarşı son açıqlamaları, eləcə də İslam İnqilabının Ali Rəhbərinə qarşı təxribatçı mövqeləri təhrikedici və məsuliyyətsiz bir hərəkətdir.

ABŞ tərəfindən Əlahəzrət Ayətullah Uzma, Seyyid Əli Xameneiyə zərər vermək və ya İran İslam Respublikasına hücum etmək üçün edilən hər hansı bir cəhd müharibə aktı hesab ediləcək.”

Pakistan Şiə Üləmaları Şurası İslam İnqilabının Ali Liderini dəstəkləməkdə birləşirlər və ona qarşı hər hansı bir hərəkəti qəbuledilməz hesab edirlər.

Pakistan Şiə Üləmaları Şurasının üzvləri İslam dünyasının mənəvi liderinin müqəddəsliyini və təhlükəsizliyini qorumaq üçün dinc, hüquqi və diplomatik yollar seçəcəklərini və dünya ictimaiyyətinə dini liderlərə qarşı təhdidlərin qəbuledilməz olduğunu açıq şəkildə bildirəcəklərini vurğulayırlar.”

Şura həmçinin Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq insan haqları qurumlarını İran İslam Respublikasına qarşı təxribatçı ritorika və təhdidlərə cavab verməyə və regionda sülhün və sabitliyin təmin edilməsində öz rollarını oynamağa çağırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha