16 yanvar 2026 - 20:57
Source: IRNA
Seyid Əbdülmlik əl-Husi: İran xalqı öz agahlığı ilə ABŞ-nin planlarını puç etdi

Ənsarullah lideri: İran xalqı öz agahlığı ilə ABŞ-nin planlarını puç etdi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının rəhbəri, Seyid Əbdülmlik əl-Husi, açıqlamasında deyib: İran xalqı öz agahlığı və düzgün qiymətləndirməsi ilə ABŞ-nin mənfur planlarını puça çıxardı.

Əbdülməlik əl-Husi, şəhid Seyid Həsən Bədrəddin əl-Husinin ildönümü münasibətilə etdiyi çıxışında deyib: İran xalqı milyonluq yürüşdə sübut etdilər ki, İslam İnqilabına və sistemə vəfadardılrlar və ABŞ-nin hegemonluğunu qəbul etməcəklər.

O, əlavə edib: İranın daxilində baş verənlər, ABŞ və İsrail tərəfindən cinayətkar qruplar vasitəsilə törədilmiş bir cinayətdir. Cinayətkarlar, İran xalqını və silahlı qüvvələri öldürərək məscidləri yandırıblar. İranın hər yerində onlarla məscidin yandırılması və digər vəhşi cinayətlər ABŞ və sionist rejimin kimliyini açıq-aydın şəkildə göstərdi.

Sizin rəyiniz

You are replying to: .
captcha