14 yanvar 2026 - 15:07
Misir və Ərəb Əmirlikləri İxvanul Muslimin təşkilatının ABŞ tərəfindən terror qrupları listinə salınmasına görə sevincləri

Qahirə və Əbu Zubey dövlətləri ABŞ Xəzinə Nazirliyi tərəfindən son təsmim olaraq İxvanul Muslimin təşkilatına bağlı qrupların terrorçu qruplar sırasında qərar verməsini sevinclə qarşılayıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qahirə və Əbu Zubey dövlətləri ABŞ Xəzinə Nazirliyi tərəfindən son təsmim olaraq İxvanul Muslimin təşkilatına bağlı qrupların terrorçu qruplar sırasında qərar verməsini sevinclə qarşılayıblar.

Misir Xarici işlər Nazirliyi bu gün verdiyi rəsmi bəyanatda bu məsələ ilə ABŞ-ın atdığı addımını dəstəkləyib və təqdirə layiq bilib.

Qeyd edək ki, ABŞ Xəzanə Nazirliyi ötən gün 13 yanvar tarixində Misir, Livan və İordaniyada fəaliyyət göstərən İxvanul Musliminə bağlı olan bütün şaxələri terrorçu qruplar siyahısına saldı. Bunun ardınca Amerika Birləşmiş ştatlarının Xarici işlər Naziri Mamrko Rubiyu bu məsələ ilə bağlı bildirib ki, qeyd olunan terror qrupunun bütün maddi mənbələri və resusları ABŞ tərəfindən müsadirə ediləcək.

ABŞ XİN-in bu açıqlamasının ardıca qeyd olunan qruplaşmanın Amerikadakı bütün əmvalı müsadirə olunacaq və bu qruplaşma ilə hər növ əlaqə və həmkarlıq cinayət sayılacaqdır. Eləcə də qeyd olunan qruplşmaların üzvlərinin ABŞ-a girişinə yasaq qoyulacaqdır.

Xatırladaq ki, 2025-ci ilin Noyabr ayının 23-də pasdıbaş Donald Tramp Misir İxvanul Muslimin təşkilatını terror qruplaşması adlandırması barədə xəbər verərək bildirmişdir ki, bu təsmimin müqəddimə işləri həyata keçirilir.

Sizin rəyiniz

You are replying to: .
captcha