10 yanvar 2026 - 23:50
Source: IRNA
İngiltərədə “söz azadlığına” kəskin təpki \ Etiraz hüququ qanun təzyiqi altındadır

İngiltərədə son illərdə qəbul edilmiş qanunlar və gündəmdə olan qanunvericilik təşəbbüsləri dinc etiraz hüququnu məhdudlaşdırır və ictimai mühiti “qabaqlayıcı nəzarət” istiqamətinə yönəldir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İngiltərədə etirazçıların saxlanılmasının artması və ictimai fəallara qarşı ağır məhkəmə hökmlərinin çıxarılması fonunda yayımlanan iki yeni hüquqi və insan hüquqları hesabatında bildirilir ki, son illərdə qəbul edilmiş qanunlar və gündəmdə olan qanunvericilik təşəbbüsləri dinc etiraz hüququnu məhdudlaşdırır və ictimai mühiti “qabaqlayıcı nəzarət” istiqamətinə yönəldir.

Beynəlxalq İnsan Haqları Təşkilatı (Human Rights Watch) və Britaniyada qanunvericilik islahatları sahəsində qeyri-partiyalı təşkilat kimi tanınan “Justice” qurumu eyni vaxtda dərc etdikləri hesabatlarda son bir neçə ildə edilən hüquqi dəyişikliklərin qanuni toplaşma və etiraz aksiyalarına “çəkindirici təsir” göstərdiyi qənaətinə gəlib və bu dəyişikliklərin ləğv edilməsinin zəruriliyini vurğulayıblar.

Həmin qurumlar, həmçinin etiraz aksiyalarına daha sərt məhdudiyyətlər nəzərdə tutan yeni layihə və təşəbbüslərin ləğvini və ya icrasının dayandırılmasına çağırış ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha