Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Ümid Fəza” şirkətinin baş direktoru və təsisçisi, “Kövsər 1/5” peykinin istehsalçısı Fərahani İranın kosmik sənayedə mövqeyinin bu sahədə tanınmış ölkələrlə tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
O qeyd edib ki, ölkə kosmik sənaye sahəsində BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi birliklər çərçivəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə çalışır. “Kövsər 1/5” peykinin daha iki İran peyki ilə birlikdə sabah – bazar günü, dekabr ayının 28-də kosmosa buraxılması planlaşdırılır.
Hazırda İranın kosmik sənayedə fəaliyyət səviyyəsi təxminən 15 il əvvəlki dövrlə müqayisədə ciddi şəkildə fərqlənir. Həmin dövrdə İran bu sahədə şagird rolunda çıxış edir və bilik sahibi olan ölkələrdən təcrübə öyrənirdi. Lakin hazırda, sözün həqiqi mənasında, İran bu ölkələrlə tərəfdaş qismində əməkdaşlıq edir.
Fərahani son günlər Moskvada Rusiya kosmik sənayesində fəaliyyət göstərən şirkətlərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq mexanizmləri, həmçinin gələcək beynəlxalq qarşılıqlı əlaqələrdə texnologiya və investisiya baxımından tərəflərin payının müəyyənləşdirilməsi məsələlərinin müzakirə olunduğunu bildirib.
Bu proseslər İranın kosmik sənayedə yeni mərhələyə daxil olduğunu və qısa müddət ərzində qarşıya qoyulan məqsədlərə çatmaqda qətiyyətli olduğunu göstərir.
Sizin rəyiniz