25 dekabr 2025 - 14:40
Source: IRNA
Netanyahu İrana işarə edərək: Biz qarşıdurma axtarmırıq

Netanyahu iddia edib: Düşmənlərimiz aldıqları ziyanları bərpa edirlər; eyni zamanda silahlarını yenidən qurmağa çalışırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qaniçən faşist İsrail rejiminin baş naziri Benyamin Netanyahu israilli hərbçilər qarşısında çıxışı zamanı İrana işarə edərək iddia edib ki, sionist rejim İranla yeni bir qarşıdurma axtarmır, lakin prosesləri nəzarət altında saxlayır.

Netanyahu iddia edib: Düşmənlərimiz aldıqları ziyanları bərpa edirlər; eyni zamanda silahlarını yenidən qurmağa çalışırlar.

O, bildirib ki, uşaq qatili İsrailə qarşı köhnə təhdidlər qalmaqdadır, dəyişən isə sadəcə bu təhdidlərin formasıdır. Həmçinin hər an yeni təhdidlər meydana çıxa bilər.

Sonda “gözlərimiz açıqdır”- deyə qatil Netanyahu bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha