25 dekabr 2025 - 13:55
Venesuela ABŞ-a cavab olaraq Piratçılıq və Dəniz Blokadası ilə Mübarizə Qanunu qəbul etdi

Venesuela Milli Assambleyası öz növbəsində ABŞ-ın piratçılığına və dəniz blokadasına qarşı qanun qəbul edərək, hüquqi ölçü götürüb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Venesuela Milli Assambleyası piratçılıq və ya dəniz blokadası üçün 20 illik həbs cəzası nəzərdə tutan qanunu yekdilliklə qəbul etdi.

ABŞ rəsmiləri bildiriblər ki, ABŞ Sahil Mühafizəsi bu ayın əvvəlində Venesuelanın xam nefti daşıyan sanksiyalı bir tankerini ələ keçirib və həftəsonu Venesuela ilə əlaqəli iki digər gəmini ələ keçirməyə də cəhd edib.

Venesuela Milli Assambleyası da öz növbəsində ABŞ-ın bu piratçılığına və dəniz blokadasına qarşı qanun qəbul edərək, hüquqi ölçü götürüb.

Sizin rəyiniz

You are replying to: .
captcha