23 dekabr 2025 - 20:18
Source: IRNA
İranın təhlükəsizliyi və raket potensialı danışıqlar mövzusu olmayacaq

Mətbuat konfransının digər hissəsində İranın nüvə proqramı ilə bağlı proseslər və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərə toxunulub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bugünkü mətbuat konfransında İranın raket potensialı məsələsinə toxunaraq bildirib: İran İslam Respublikasının müdafiə qabiliyyəti, o cümlədən raket potensialı heç bir halda müzakirə predmeti olmayacaq. Onun sözlərinə görə, bu mövzuda aparılan istənilən kampaniya İrana qarşı siyasi və psixoloji təzyiq çərçivəsində qiymətləndirilir.

İsmayıl Bəqai 12 günlük müharibədən sonra ABŞ-nin sanksiyaların tam ləğvi ilə bağlı guya irəli sürdüyü təkliflər barədə iddiaları qətiyyətlə təkzib edib.

O, ABŞ rəsmilərinin, o cümlədən bu ölkənin dövlət katibinin açıqlamalarını ABŞ-nin söz və davranışlarında açıq ziddiyyətin göstəricisi adlandırıb.

Bildirib ki, Vaşinqton bir tərəfdən İrana qarşı sanksiyalar və düşmənçilik siyasəti yürüdür, digər tərəfdən isə İran xalqını dəstəklədiyini iddia edir.

Mətbuat konfransının digər hissəsində İranın nüvə proqramı ilə bağlı proseslər və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərə toxunulub.

Bəqayi Agentliyin baş direktorunun mövqelərini tənqid edərək vurğulayıb: İranın dinc nüvə obyektlərinə hücumların pislənmədiyi şəraitdə əvvəlki bəyanatların təkrarlanması məsələlərin həllinə heç bir töhfə vermir.

O qeyd edib ki, bombalanmış obyektlərə baxış keçirilməsi ilə bağlı hazırda konkret mexanizm mövcud deyil və belə bir mexanizmin hazırlanması yalnız İranın öhdəsinə düşmür.

Sizin rəyiniz

You are replying to: .
captcha