Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Məhkəmə Qurumu açıqlama yayıb.
Açıqlamada bildirilir: “Sionist rejimin xeyrinə casusluq etmək, həmin rejimlə kəşfiyyat əlaqəsi və informasiya əməkdaşlığı qurmaq, həmçinin hərbi və təhlükəsizlik obyektlərinin görüntülərini çəkməkdə təqsirli bilinən Əqil Keşavərz barəsində çıxarılmış edam hökmü Ali Məhkəmədə təsdiqləndikdən və bütün qanuni prosedurlar başa çatdırıldıqdan sonra icra olunub.”
Məlumata görə, məhkum şəxs istintaq zamanı verdiyi etiraflarda İran İslam Respublikasına zərbə vurmaq niyyəti ilə sionist rejimlə əlaqəli kəşfiyyat strukturları ilə əməkdaşlıq etdiyini və ölkəyə aid məlumatları onların ixtiyarına verdiyini açıq şəkildə etiraf edib.
Sizin rəyiniz