Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Birinci vitse-prezidenti vahid süni intellekt idarəçiliyinin müdaxilə deyil, zərurət olduğunu bildirib.
O vurğulayıb: Süni intellekt sahəsində fəaliyyət göstərən bütün qurumlar bir-birini tamamlamalı, bu gün dünyada birinci olmaq üçün qarşılıqlı həmrəylik nümayiş etdirməlidirlər.
Məhəmmədrza Arif İranın Süni İntellekt və Rəqəmsal İnnovasiya Kampusuna baxış zamanı qeyd edib: Süni intellektlə məşğul olmaq seçim deyil, vəzifədir. O deyib ki, texnologiyalar sahəsində uzun illərə dayanan, enişli-yoxuşlu təcrübə mövcuddur, lakin yeni texnologiyalar sahəsində başlanğıcdan düzgün strategiya və transmillı baxış formalaşdırılıb və gənc iranlı alimlərin potensialı sayəsində qabaqcıl texnologiyalar üzrə dünyada iddialı mövqeyə nail olunub.
Arif ölkədə süni intellekt texnologiyaları sahəsində özünütəşəbbüs xarakterli fəaliyyətlərin dünyadakı nisbi sıçrayışla eyni vaxtda davam etdiyini bildirərək əlavə edib: Son on ildə süni intellekt hələ də tam həllini tapmamış idraki məsələlərlə üzləşib. O qeyd edib ki, hazırkı milli strategiya və mövcud vəzifə ondan ibarətdir ki, İran süni intellekt sahəsində dünyanın ilk 10 ölkəsi sırasında yer alsın. Birinci vitse-prezident vurğulayıb ki, bu strategiya Ali Rəhbərin gənc nəslin elmi və texnoloji potensialını dəqiq tanımasına əsaslanan tövsiyələrinə söykənir.
Birinci vitse-prezident bildirib ki, bütün mühüm elmi işlər, innovasiyalar və ixtiralar əsasən gənc alimlərin adı ilə bağlıdır və son onilliklərdə texnoloji və elmi sıçrayışlarda gənclərin payı çox yüksək olub.
Arif paralel fəaliyyətlərdən narahatlıq ifadə edərək bildirib: Süni intellekt üzrə vahid idarəetmə müdaxilə deyil, zərurətdir və milli əmək bölgüsü çərçivəsində bütün imkan və potensiallardan istifadə edilməlidir. O əlavə edib ki, süni intellekt sahəsində fəaliyyət göstərən bütün qurumlar qarşılıqlı şəklində işləməli və bu gün dünyada birinci mövqeyə yüksəlmək üçün birgə fəaliyyət göstərməlidirlər.
Sizin rəyiniz