Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi bildirib: İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) uyğun olaraq öz dinc nüvə proqramını davam etdirmək hüququna malikdir.
Ulyanov ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeonun İranın dinc nüvə proqramı ilə bağlı səsləndirdiyi təxribat xarakterli açıqlamalara münasibət bildirərək, X sosial şəbəkəsində yazıb: Görünür, ABŞ-nin sabiq dövlət katibi NPT-yə əsasən İranın milli nüvə proqramını qorumaq hüququna malik olmasından xəbərsizdir.
Pompeo demişdi: “İran nüvə proqramını bərpa etmək üçün bütün səylərini göstərir və biz buna icazə verə bilmərik.”
Sizin rəyiniz