Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriyaya qarşı təcavüzünü davam etdirən sionist rejimi bazar günü ölkənin cənubuna hücum etdikdən sonra, bu gün, səhər, yəhudi işğalçı qüvvələri Suriyanın cənubunda yerləşən Quneytra əyalətinin "Sida əl-Hanut" kəndinə qurudan hücum ediblər.
Dünən səhər uşaq qatili sionist rejim qüvvələri Quneytra əyalətinin "Ayn Zivan" kəndinə qurudan hücum etmiş və orada müvəqqəti nəzarət məntəqəsi qurmuşdur.
Məlumata görə, 5 sionist hərbi maşını qərbdəki Tel Əhmər bazasından hərəkət edərək əraziyə daxil olaraq Suriya vətəndaşlarını nəzarət məntəqəsində saxlamılar.
Qeyd edək ki, Qolani vəhhabi-sələfi terrorçu rejimi bütün var-gücün Suriya daxilində Ələvi, Şiə və Sünni əhalisinə qarşı toplamış, işğal vasitəsi ilə Dəməşqin 10 km-yinə gəlib çatmış yəhudi sionist rejiminə qarşı isə güldən ağır bir söz belə deməmişdir. Üstəlik ötən günlərdə sionist yəhudilər üçün Hələbdə sinaqoq da açmış və onların təhlükəsizliyini təmin etmişdir. Və bütün bunlar Bəşşar Əsəd rejiminin devrilməsindən sonra baş vermişdir...
Sizin rəyiniz