Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimində çap olunan Haaretz qəzeti xəbər verib ki, sionist rejimin hərbiçilərindən daha bir nəfəri rejimin şimalındakı hərbi bazada özünü güllələyərək intihar edib.
Haaretz qəzetinin məlumatına görə, İsrail hərbiçisi bazanın içərisində özünü güllələdikdən sonra ağır yaralanıb və xəstəxanaya göndərildikdən sonra ölüb.
Qeyd edək ki, bu hadisə ilə də Qəzzada soyqırımın başlanğıcından bəri intihar edən İsrail hərbiçilərinin sayı 61 nəfərə çatıb.
Xatırladaq ki, İsrail Parlamentinin Tədqiqat və İnformasiya Mərkəzi tərəfindən 28 oktyabrda dərc edilən rəsmi sionist hesabatında 2024-cü ilin əvvəlindən bəri 279 sionist əsgərin intihar cəhdi etdiyi açıqlanıb.
Sizin rəyiniz