Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Trampın sülh planına əsasən, Qəzzada “beynəlxalq sabitləşdirici qüvvə”nin yaradılması atəşkəsin ikinci mərhələsinə keçidin ilkin şərti hesab olunur. Lakin onlarla ölkənin bu təşəbbüsdə iştirak etməməsi, eləcə də qüvvənin strukturu və missiyası ilə bağlı həllini tapmamış fikir ayrılıqları Vaşinqtonun təşəbbüsünü iflas həddinə çatdırıb.
Sionist “Yediot Ahronot” qəzeti yazır: ABŞ-nin Qəzza zolağında “beynəlxalq sabitləşdirici qüvvə” formalaşdırmaq səyləri ciddi dalana dirənib və Vaşinqton hələ də bu təhlükəsizlik strukturunun yaradılması üçün lazımi razılaşmanı əldə edə bilməyib.
ABŞ bu qüvvəni 2026-cı ilin yanvarında yerləşdirməyə ümid etsə də, sionist rejimin atəşkəsi dəfələrlə pozması, Tel-Əvivin Türkiyə də daxil olmaqla bəzi ölkələrin iştirakına qarşı çıxması, həmçinin Qəzzanın idarə olunması ilə bağlı aydın perspektivin olmaması bu prosesin dayanmasına səbəb olub.
Sizin rəyiniz