18 dekabr 2025 - 19:09
Source: IRNA
Naftali Bennetin mobil telefonu haker hücumuna məruz qalıb

Sionist rejimin keçmiş baş naziri Naftali Bennetin mobil telefonu haker hücumuna məruz qalıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Hənzələ” haker qrupu sionist rejimin keçmiş baş naziri və keçmiş müdafiə naziri Naftali Bennetin mobil telefonuna daxil olduqlarını və ona təhqiramiz mesaj göndərdiklərini açıqlayıb.

Bildirilib ki, Bennetin telefonunun sındırılmasından sonra ona bu məzmunda mesaj göndərilib: “Sən özünlə fəxr edirdin ki, kibertəhlükəsizliyin simvolusan və ixtisasını bütün dünyaya nümayiş etdirirdin.”

Bennetin telefonunda əks olunan mesajın davamında isə deyilir: “Bununla belə, sənin iPhone 13-ünün Hənzələnın əlinə asanlıqla keçməsi nə qədər gülüncdür. Bütün lovğalığın və təkəbbürünə baxmayaraq, sənin rəqəmsal qalan kağız divardan başqa bir şey deyildi.”

Sizin rəyiniz

You are replying to: .
captcha