Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Venesuela prezidenti ABŞ-lə gərginliyin artdığı bir vaxtda televiziya ilə çıxışı zamanı Kolumbiya ordusundan dərhal hərbi həmrəylik nümayiş etdirməyi tələb edib.
O, bildirib: “Amerikalı həmkarı Karakası “ABŞ-nin neftini, torpaqlarını və digər aktivlərini oğurlamaqda” ittiham etməklə sonda “öz həqiqi niyyətlərini ortaya qoyub.”
Maduro tərəfdarlarına deyib: “Məqsəd (ABŞ-nin) 47 saat belə davam gətirməyəcək bir nökər hökuməti zorla qəbul etdirməkdir; konstitusiyamızı və sərvətlərimizi təhvil verəcək və Venesuelanı müstəmləkəyə çevirəcək bir hökumət. Bu, heç vaxt baş verməyəcək.”
Sizin rəyiniz