Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiq Höccətül-islam vəl-müslimin Seyid Həsən Xomeyni ilə görüşdə 12 günlük müharibə dövründə nəqliyyat sahəsində görülən işlərə toxunaraq bildirib: Bu müddətdə avtomobil nəqliyyatı sektorunda yük və sərnişin daşımalarında 50 faiz artım müşahidə olunub, dəmir yolu nəqliyyatının fəaliyyəti 15 faiz yüksəlib, limanlarda isə əsas ərzaq mallarının boşaldılması 60 faiz çox olub.
Nazir qeyd edib: sionist rejimin təcavüzü nəticəsində zərər görmüş hava limanları 10 gündən az müddətdə bərpa edilib və bu şəraitdən sonra zəvvarların geri qayıdışı, eləcə də Kərbəla səfərləri üzrə əməliyyatlara başlanılıb.
O bildirib: Əhli-beyt (ə) ziyarətlərinə səfər edən zəvvarlar əvvəlki illərlə müqayisədə daha yüksək məmnunluq ifadə ediblər.
Fərzanə Sadiq həmçinin dəmir yolu sahəsində çalışan əməkdaşlara, qatarların təmiri və saxlanması, hərəkətinin təşkili ilə məşğul olan işçilərə, eləcə də liman və gəmiçilik sahəsinin zəhmətkeşlərinə təşəkkür edərək vurğulayıb: Bu mərasimdə iştirak edən nümayəndələr həmin sahələrdə çalışan böyük və fədakar kollektivin yalnız kiçik bir hissəsidir
Sizin rəyiniz