Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İbrani dilində nəşr olunan Haaretz qəzeti siyasi mənbəyə istinadən xəbər verir ki, Qəzza zolağında yerləşdiriləcək beynəlxalq qüvvələrin yaradılması ilə bağlı Doha görüşünə dəvət olunmuş 15 ölkədən heç bir nümayəndə göndərməyib.
Məlumatda deyilir ki, Azərbaycan da dünən Dohada keçirilən görüşdə iştirak etməyib və qoşunlarını Qəzza zolağına göndərmək niyyətində deyil. Bu ölkə həmçinin yaxın gələcəkdə Təl-Əvivlə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmalara qoşulmaq niyyətində deyil.
Haaretz qəzeti davam etdirib ki, Azərbaycan, razılaşmaya qoşulan Qazaxıstandan fərqli olaraq, buna ehtiyac görmür. Türkmənistan, Tacikistan, Belçika, Estoniya, Cənubi Koreya, Nepal və s. kimi ölkələr də Doha görüşündə iştirak etməyib.
Türkiyə də görüşə ümumiyyətlə dəvət olunmayıb. Almaniya, İngiltərə, Fransa, Mərakeş, Əmirliklər, Bəhreyn, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan və bəzi digər ölkələrdən nümayəndələr iştirak edib.
Bu, Trampın planına əsasən Qəzzaya qoşun göndərməyə hazır olduqlarını yalnız iki ölkə açıqladığı halda baş verib. İndoneziya və İtaliya HƏMAS qüvvələri ilə münaqişə olmadığı təqdirdə atəşkəs rejimini və sərhədləri izləmək üçün qoşun göndərməyə hazır olduqlarını açıqlayıblar.
Sizin rəyiniz