16 dekabr 2025 - 09:08
Source: IRNA
İmam Xameneinin müşaviri Dk. Vilayəti: Trampın Qafqaz planı “Zəngəzur dəhlizi”ndən fərqlənmir

Əli Əkbər Vilayəti: “Trampın Qafqazla bağlı planı “Zəngəzur dəhlizi”ndən heç bir fərqi yoxdur və İran İslam Respublikası bu plana qəti etiraz edir.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistan səfiri Qriqor Hakopyan ilə görüşdə deyib: “Trampın Qafqazla bağlı planı “Zəngəzur dəhlizi”ndən heç bir fərqi yoxdur və İran İslam Respublikası bu plana qəti etiraz edir.”

Vilayəti vurğulayıb ki, təcrübə göstərir ki, amerikalılar əvvəlcə görünüşcə iqtisadi layihələrlə həssas bölgələrə daxil olurlar, lakin tədricən onların iştirakı hərbi və təhlükəsizlik sahəsinə də genişlənir. O bildirib: ABŞ-nin hər hansı plan çərçivəsində İran sərhədlərinə girişi açıq təhlükəsizlik nəticələrinə səbəb olacaq.

Ermənistan səfiri isə görüşdə iki ölkə arasındakı münasibətləri çox vacib və strateji adlandırıb və İranla əlaqələrin inkişafını Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biri hesab edib.

Sizin rəyiniz

You are replying to: .
captcha