Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Aksios xəbər saytı məlumatlı mənbələrə istinadla yazıb ki, Donald Tramp administrasiyası sionist rejimin HƏMAS-ın yüksək rütbəli komandirinin qətlə yetirilməsi ilə atəşkəsi pozmasına görə Benyamin Netanyahuya şəxsi və sərt mesaj göndərib.
Donald Tramp administrasiyası Vaşinqtonun İsrailin Trampın etibarını zədələməsinə imkan verməyəcəyini də vurğulayıb.
İki amerikalı rəsmi Aksiosa deyib ki, Ağ Ev Benyamin Netanyahuya sərt məzmunlu şəxsi mesaj ünvanlayaraq vurğulayıb ki, həftəsonu HƏMAS-ın yüksək rütbəli hərbi komandirinin öldürülməsi (şəhadəti) atəşkəs razılaşmasının pozulmasıdır.
Bu iki amerikalı rəsminin sözlərinə görə, ABŞ-nin dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın müşaviri və kürəkəni Cared Kuşner Netanyahunun davranışından ciddi şəkildə məyus olublar.
Sizin rəyiniz