Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Avstraliya mediası xəbər verir ki, ölkənin müsəlman vətəndaşı olan Əhməd əl-Əhməd bazar günü Sidneydə keçirilən yəhudi mərasiminə edilən hücum zamanı hücumçulardan birini yalın əlləri ilə zərərsizləşdirə bilib.
İRNA-nın Rusiya El-Youm-a istinadən verdiyi məlumata görə, Sidneydəki Bondi çimərliyində baş verən hadisə yerindən çəkilmiş CCTV görüntülərində Əhməd əl-Əhmədin ehtiyatla maşınların arxasınca hərəkət etdiyi, sonra hücumçuya arxadan hücum etdiyi və yəhudilərin Hanuka bayramında iştirak edənləri xilas etmək üçün silahı əlindən almaq üçün onunla əlbəyaxa olduğu görünür.
Müsəlman Avstraliya vətəndaşı silahı hücumçudan alıb ona tuşlayaraq, onu geri çəkilməyə və qaçmağa məcbur edib. Bu səhnə CCTV-də qeydə alınıb və Yeni Cənubi Uels Baş naziri Kris Mins tərəfindən indiyə qədər gördüyü "ən fövqəladə səhnə" kimi təsvir edilib.
Daha sonra Əhməd yaxınlıqdakı körpüdə ikinci hücumçu tərəfindən vurulub. Atışma nəticəsində çiynində və əlində iki güllə qalıb və o, təcili əməliyyat olunub.
Əhmədin əmisi oğlu Mustafa müalicə aldığı xəstəxananın qarşısında Avstraliyanın 7NEWS kanalına verdiyi açıqlamada silahla bağlı heç bir təcrübəsi olmadığını və təhlükəli vəziyyətə baxmayaraq, insanların həyatını xilas etmək üçün müdaxilə etməkdə tərəddüd etmədiyini bildirib.
P.S: Qeyd edək ki, Sidneydəki terror hadisəsi sionistlər tərəfindən şüurlu şəkildə yəhudi kütləsinə qarşı keçirilmişdir. Sionistlərin bu işdən məqsədləri yəhudiləri dünyada məzlum kimi göstərmək və bununlada dünya medialarında atisemit ajiotajını gücləndurərək sionistlərin illərdir Fələstin və Livanda törətdiyi cinayətlərini ört-bastır etməkdir.
Sizin rəyiniz