Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alih) Birgə Hava Hücumundan Müdafiə Bazasına səfəri zamanı vurğuladı: İran İslam Respublikasının hava hücumundan müdafiə qabiliyyətinin davamlı və daimi təkmilləşdirilməsi ölkənin prioritetlərindən biridir.
General-mayor Seyid Əbdülrəhim Musəvi Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alih) Birgə Hava Hücumundan Müdafiə Bazasına səfəri zamanı müxtəlif bölmələri ziyarət edərkən və görülən tədbirləri nəzərdən keçirərkən İran İslam Respublikasının hava hücumundan müdafiə qabiliyyətinin təkmilləşdirilməsi səylərinə toxunaraq dedi: Bu gün hava hücumundan müdafiə sahəsindəki yoldaşlarımızla birlikdə olmaq və ölkənin Hava Hücumundan Müdafiə qabiliyyətinin təkmilləşdirilməsi üçün onların gördüyü tədbirlərin və səylərin necə irəlilədiyini nəzərdən keçirmək üçün bir fürsət yaradılıb.
General-mayor Musəvi dedi: "Hava Hücumundan Müdafiə sahəsindəki yoldaşlarımız son bir neçə ayda həqiqətən də sədaqət və fədakarlıqla, bilik, təcrübə və böyük səylərindən istifadə edərək ölkənin hava hücumundan müdafiə qabiliyyətlərinin gücləndirilməsi sahəsində çox böyük və əhəmiyyətli addımlar atıblar ki, bu da təqdirəlayiqdir."
Sizin rəyiniz