15 dekabr 2025 - 16:47
Source: IRNA
İşğalçı İsrail rejiminin Qəzza və İordan çayının qərb sahilinə hava və quru hücumları davam edir

Nəticədə bir sıra fələstinli sakinlər şəhid olub və eləcə yaralananlar var.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Eyni zamanda İsrail rejiminin qırıcıları və artilleriya bölmələri Qəzzanın müxtəlif ərazilərini hədəfə alıb. Nəticədə bir sıra fələstinli sakinlər şəhid olub və eləcə yaralananlar var. Bununla yanaşı, işğalçı İsrail ordusunun hərbçiləri İordan çayının qərb sahilində yerləşən şəhər və kəndlərə qarşı genişmiqyaslı reydlərini davam etdiriblər.

Məlumata görə, İsrail artilleriyası həmçinin əl-Bəric qaçqın düşərgəsinin şimal hissəsini atəşə tutub. Rejimin hərbi gəmiləri isə Qəzza şəhərinin sahil zolağını gülləbaran edib.

Yerli mənbələr bildiriblər ki, hücumlar fonunda qaçqın düşərgələrində humanitar vəziyyət daha da ağırlaşıb. Güclü yağışlar və əlverişsiz hava şəraiti nəticəsində köhnəlmiş çadırların dağılması artıq böhran vəziyyətində olan humanitar durumu daha da pisləşdirib.

Sizin rəyiniz

You are replying to: .
captcha