11 dekabr 2025 - 15:13
Source: IRNA
Əraqçi İranın Ermənistana yeni təyin olunmuş səfirinə: İran və Ermənistan xalqları arasındakı münasibətlər mədəni–tarixi xarakter daşıyır

Əraqçi: İran və Ermənistan xalqları arasındakı münasibətlər mədəni–tarixi xarakter daşıyır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ermənistan Respublikasına yeni təyin olunmuş İran səfiri Xəlil Şirqulamı çərş‌ənbə axşamı, ölkədəki diplomatik fəaliyyətinə başlamazdan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüş keçirib.

Görüş zamanı Şirqulamı Tehran–İrəvan ikitərəfli münasibətlərinin daha da gücləndirilməsi, yaxşı qonşuluq siyasətinin inkişafı və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair təklif etdiyi proqramları nazirə təqdim edib.

Xarici işlər naziri Seyid Abbas Əraqçi İrəvandakı yeni səfirə fəaliyyətində uğurlar arzulayaraq, İran və Ermənistan xalqları arasında əlaqələri mədəni və tarixi bağlara söykənən münasibətlər kimi dəyərləndirib.

Sizin rəyiniz

You are replying to: .
captcha