Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səkkiz İslam ölkəsinin xarici işlər nazirləri İsrail rəsmilərinin Rəfah keçidinin birtərəfli açılması və Qəzza sakinlərinin Misirə köçürülməsi ilə bağlı son açıqlamalarından dərin narahatlıqlarını ifadə etdilər və fələstinliləri torpaqlarından zorla təxliyə etmək cəhdlərini qətiyyətlə rədd etdilər.
Səudiyyə Ərəbistanı, Misir, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə və Qətərin xarici işlər nazirləri birgə bəyanatda İsrail rejiminin Qəzza sakinlərini Misirə köçürmək məqsədi ilə Rəfah keçidini birtərəfli şəkildə açmaq planının narahatedici və qəbuledilməz bir addım olduğunu açıqladılar.
Nazirlər vurğuladılar ki, fələstinliləri torpaqlarından zorla təxliyə etmək üçün edilən hər hansı bir cəhd qəbuledilməzdir və onların vətənlərində qalıb ölkələrinin yenidən qurulmasında və inkişafında iştirak edə bilmələri üçün şərait yaradılmalıdır.
Sizin rəyiniz