Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-nin 2025-ci il Milli Təhlükəsizlik Sənədi Donald Trampın sərt məzmunlu giriş bəyanatı ilə başlayır.
Tramp burada iddia edir ki, ölkəni “faciə uçurumundan geri qaytarıb” və indi “Əvvəl Amerika” şüarı ilə Birləşmiş Ştatların dünyadakı rolunu yenidən müəyyənləşdirməyə çalışır.
Sənəd həyati maraqlara, müstəqilliyə və məhdud çəkindiriciliyə işarə edərək İranı yenidən regional təhdidlərin mərkəzi kimi təqdim edir, lakin bu dəfə İranla bağlı istinadların sayı əvvəlki illərin sənədlərinə nisbətən daha azdır.
Sənəd strateji yol xəritəsi xarakteri daşıyır və hökumətin ümumi iradəsinin, əsas istiqamətlərinin və prioritetlərinin müttəfiqlərə, tərəfdaşlara, rəqiblərə və beynəlxalq auditoriyaya açıq şəkildə elan edilməsi hesab olunur.
Müharibə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Departamenti, kəşfiyyat və daxili təhlükəsizlik qurumlarının icraedici qərarları, büdcə və əməliyyat planlaşdırmaları da bu sənəd əsasında hazırlanan alt-sənədlərlə tənzimlənir.
Atlantik Şurasının ekspertləri sənədi “uyğunsuz, lakin icrası mümkündür” kimi dəyərləndirirlər. Bu qrupun əsas tənqid mövzusu sənədin Rusiya və Avropaya dair yanaşmasının zəif olmasıdır. Ekspertlər, İran məsələsinə kifayət qədər toxunulmadığını qeyd edərək yazırlar ki, sənəd Yaxın Şərqi aşağı prioritet kimi təqdim edir və bu, rəqiblər üçün əlavə imkanlar yarada bilər.
Sizin rəyiniz