28 noyabr 2025 - 11:46
Source: IRNA
HƏMAS: Qəzza razılaşmasına sadiqik / Silahların təhvil verilməsi milli dialoqdan asılıdır

HƏMAS: Qəzza razılaşmasına sadiqik / Silahların təhvil verilməsi milli dialoqdan asılıdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: HƏMAS hərəkatının sözçüsü Hazem Qasim bildirib ki, hərəkat Qəzza razılaşmasının birinci mərhələsinin bütün öhdəliklərinə tam əməl edib, lakin sionist rejim razılaşmanın ikinci mərhələsinin icrasına başlamasına mane olub.

O, “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında qeyd edib: HƏMAS nümayəndə heyətinin Qahirəyə səfəri hərəkatın ikinci mərhələyə daxil olmaq və bunun üçün zəruri hazırlıqlara başlamaqda ciddi olduğunu göstərir.

Hazem Qasim vurğulayıb ki, hərəkatın silah məsələsi milli dialoq və Fələstin daxilində aparılacaq məsləhətləşmələr çərçivəsində həll olunmalıdır.

Sizin rəyiniz

You are replying to: .
captcha