Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən gün Pakistana etdiyi iki günlük rəsmi səfəri çərçivəsində İslamabadda urdudilli HUM Nyus xəbər şəbəkəsinə müsahibə verib. Cənab Əli Laricani bildirib ki, İran və Pakistan arasında münasibətlərin inkişafı üçün heç bir məhdudiyyət yoxdur.
O vurğulayıb: ABŞ və sionist rejimin İranın nüvə potensialını məhv etməyə yönəlmiş düşüncəsi “nadanlıq və axmaqlıqdır”, çünki nüvə sənayesi yerli elmə əsaslanır və İran bu sahəni ciddi şəkildə inkişaf etdirir.
Ali Rəhbərin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi qeyd edib: Tehran və İslamabad regionda bir-birini tamamlayan rol oynaya bilər. Onun sözlərinə görə, Prezident Pezeşkianın Pakistan səfərindən sonra iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəyə çatdırılması üçün ciddi addımlar atılıb.
Əli Laricani aparıcının İsrailin bölgədəki macəraçı fəaliyyətləri, Qətərə qarşı təcavüzü və ardınca Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanan strateji müdafiə sənədi ilə bağlı sualına cavabında bildirib: İsrailin Qətərdə HƏMAS-a qarşı həyata keçirdiyi əməliyyat sionistlərin bölgədəki macəraçı davranışının tam təcəssümüdür. O qeyd edib ki, Qətər İsraillə müəyyən əlaqələrə malik olsa da, sionist rejim ona belə rəhm etməyib.
Laricani əlavə edib: Tramp bir bəyanatında iddia edirdi ki, guya İranın nüvə fəaliyyətini məhv edərək dayandırıb. Fərz edək ki, Tramp doğru deyir — bəs onda nə istəyirlər? Problemləri həll olunubmu?”
O vurğulayıb: İranın nüvə proqramı Ali Rəhbərin göstərişlərinə əsasən realdır və bu elmin əsasları İranlı alimlərin bilik və bacarığına söykənir. Onun sözlərinə görə, İran bu mərhələni keçib və artıq minlərlə nüvə mütəxəssisinə sahibdir. Laricani bildirib ki, İsrailin həyata keçirdiyi terror və terror aktları “axmaq addımlardır”, çünki İran minlərlə nüvə mütəxəssisini yetişdirib və nüvə proqramının dayanmasını düşünmək nadanlıq və axmaqlıqdır.
Laricani ABŞ və İsrailə müraciət edərək deyib: Onlar qəbul etməlidirlər ki, İran bu mərhələni arxada qoyub. İran nüvə silahı arxasınca getmir, lakin nüvə enerjisindən istifadəyə ciddi şəkildə davam edir. Biz mövcud şəraitlə mübarizə aparırıq və düşmənlər on dəfə də zülm etsələr də, biz bununla mübarizə aparacağıq.
Laricani əlavə edib ki, nüvə məsələsinin əsas həlli diplomatik yoldur: Biz həmişə demişik ki, bu münaqişənin diplomatik həlli var. Amerikalılara sual vermək lazımdır: nə üçün müharibə etdiniz? Əgər müharibədə nüvə proqramını bitirmişdinizsə, bəs niyə diplomatik yolu davam etdirirsiniz?
Sizin rəyiniz