Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məaluma Xəbər Agentliyinin məlumatına görə, Suriya Milli Azadlıq Partiyasının rəsmisi Mahmud Məvalid, özünü Suriya prezidenti elan edən sələfi terrorçu, Əbu Məhəmməd Qolaniyə bağlı vəhhabi terrorçular tərəfindən həbs edilən ölkənin keçmiş müftisi Şeyx Əhməd Bədrəddin Həsunun fiziki vəziyyətinin yaxşı olmadığını açıqlayıb.
O, əlavə edib ki, Şeyx Həsunun fiziki vəziyyətinin kritik olması Qolani sələfi terrorçuları tərəfindən həbs olunarkən işgəncələrə məruz qalması ilə bağlıdır.
Məvalid bildirib ki, Şeyx Həsunun hazırda Suriyadakı media kameralarından uzaq və xəbərsiz bir evə köçürülüb.
Qeyd etmək lazımdır ki, Şeyx Həsun, bir neçə ay əvvəl sələfi terrorçu Qolani ünsürləri tərəfindən həbs edilib. Onun həbsinin hüquqi səbəbləri hələlik aydın deyil, çünki o, keçmiş Suriya hökumətinin müftisi vəzifəsində çalışıb və hərbi və ya icraçı vəzifə tutmayıb.
Sizin rəyiniz